The World Factbook

Ümumdünya Faktlar Kitabı (ing. The World Factbook) — ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəşri; dövriliyi ildə bir dəfə olmaqla, dünya ölkələri haqqında almanax üslublu kitabdır. Birinci məxfi nəşri 1962-ci ilin avqust ayında, birinci qeyri-məxfi nəşri 1971-ci ilin iyun ayında olmuşdur. Kitabın saytında yerləşdirilmiş elana görə, MKİ daha bu kitabın dövri-nəşrini davam etdirməyi planlaşdırmır, amma kitabın onlayn-versiyasının yenilənməsi məsələsi üzərində düşünürlər. Dünya ölkələri haqqında aşağıdakı mövzularda məlumatlar var: tarix coğrafiya demoqrafiya dövlət quruculuğu iqtisadiyyat Telekommunikasiya nəqliyyat silahlı qüvvələr Rusiyada 2007–2008-ci illər tərcümə nəşri rus. «Все страны и территории мира: Новый географический справочник ЦРУ» (ISBN 978-5-9757-0410-8) adı ilə işıq üzü görmüşdür.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search